ABŞ-ın İslamabaddakı səfiri Pakistan XİN-ə çağırılıb

2-01-2018, 10:14
Oxunub: 117
Trampın İslamabad əleyhinə tənqidindən sonra səfir Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb


ABŞ prezidenti Donald Trampın "Twitter"də İslamabad əleyhinə tənqidindən sonra bu ölkənin səfiri Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Report xəbər verir ki, bu barədə "News International" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, prezident Donald Trampın əsassız ittihamına narazılıq bildirmək üçün səfir Devid Xeyli Pakistanın Xarici Siyasət İdarəsinə dəvət olunub.

Daha əvvəl Tramp "Twitter"də yazaraq bildirib ki, ABŞ İslamabada maddi yardım göstərib. Lakin Pakistan terrorçuluqla mübarizədə Birləşmiş Ştatlara kömək etməyib və Əfqanıstandan olan silahlıları gizlədib. Amerika lideri bildirib ki, bu, daha olmayacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti