Əfqanıstanda "Taliban"ın 21 döyüşçüsü məhv edilib

2-01-2018, 10:05
Oxunub: 114
Döyüşçülər ölkənin cənubundakı Gilmend vilayətində öldürülüblər


Əfqanıstanda "Taliban"ın 20-dən çox silahlısı məhv edilib.

Report-un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, döyüşçülər ölkənin cənubundakı Gilmend vilayətində öldürülüblər.

Vilayət hökumətinin nümayəndəsi Ömər Zvak bildirib ki, Qereşk və Mərca ərazilərində son əməliyyatlar və hava zərbələri nəticəsində 21 silahlı məhv edilib. Zərbələr zamanı daha 4 döyüşçü yaralanıb.

Qeyd edilir ki, öldürülənlərdən 3-ü "Taliban"ın yerli rəhbərləridir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti