Tramp sosial şəbəkələrdə fəallığının səbəbini açıqlayıb

31-12-2017, 10:51
Oxunub: 361
Amerika lideri bu barədə öz "Twitter" səhifəsində yazıb


ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdən nə üçün fəal şəkildə istifadə etdiyinin səbəbini açıqlayıb.

Report xəbər verir ki, Amerika lideri bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Mən sosial şəbəkələrdən onları xoşladığım üçün istifadə etmirəm, saxta KİV kimi tanınan çox yalan və ədalətsiz "mətbuat"la yeganə mübarizə üsulu olduğu üçün bundan yararlanıram. Saxta və mövcud olmayan mənbələr həddindən artıq tez-tez istifadə olunur. Bir çox hadisə və məlumatlar xalis uydurmadır!", — deyə o yazıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti