İqtisadiyyat naziri Tacikistan səfiri ilə görüşüb

30-12-2017, 15:26
Oxunub: 75
Görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib


İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistan səfiri Rustam Soliyev ilə görüşüb.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Qeyd edilib ki, iki ölkə ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş olduğu, tranzit, kənd təsərrüfatı sahələrində əməkdaşlığın, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Tacikistana ixracının, Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkilinin, yerli şirkətlərin Tacikistanda həyata keçirilən layihələrdə iştirakının ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb və bu məsələlərin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti