Gürcüstanda iqtisadi artım 5%-ə çatıb

29-12-2017, 12:02
Oxunub: 59
Ötən ilin ilk on ayı ərzində ÜDM-in artım tempi 4,8% olub


Cari ilin noyabr ayında Gürcüstanda ÜDM-in artım tempi 3,7% təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ilin ilk on ayı ərzində ÜDM-in artım tempi 4,8% olub.

Ötən ayın digər əsas iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 1,1% olub. Sənaye məhsullarının istehsal qiymətləri isə oktyabr ayı ilə müqayisədə 4,3% artıb. Gürcüstanın yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,9% artıb.

Noyabr ayında qonşu ölkədə 4 277 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 6,1% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 843,7 mln. lari, xərcləri isə 725,3 mln. lari təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti