Bakıda Almaniya vətəndaşı amansızlıqla öldürüldü

3-05-2013, 10:04
Oxunub: 4504


Bakı şəhərinin Nərimanov rayonunda qətl hadisəsi törədilib.

Etatist.com
-un xəbərinə görə, bu barədə rayon prokurorluğundan Lent.az-a məlumat verilib. Məlumata görə, Ə.Rəcəbli küçəsi, bina 3b-nin qarşısında şəxsiyyəti istintaqa hələlik məlum olmayan şəxs 1992-ci ildə Qazaxıstan Respublikasının Petropolis şəhərində anadan olmuş, Almaniya Federativ Respublikasının vətəndaşı Şilder Vüsal Adolfonu bıçaqlayaraq qətlə yetirib. 21 yaşlı xarici ölkə vətəndaşının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
 
Qeyd edək ki, qətlə yetirilmiş AFR vətəndaşı Bakı şəhəri Binəqədi raayonu, 7-ci mikrorayon ev 9/33 mənzil 51 ünvanında yaşayırmış.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti