Şəkinin Baş Göynük kəndinə ilk dəfə qaz verilib

28-12-2017, 16:55
Oxunub: 213
Qazın verilişi təmin ediləcək


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəkinin Baş Göynük kəndinə ilk dəfə təbii qaz verilib.

Report “Azəriqaz” İB-yə istinadən xəbər verir ki, 1 343 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 825 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 62 658 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Şəkinin Kiçik Dəhnə kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti