Azərbaycanın Qazaxıstandakı səfirliyinə ayrılan büdcə vəsaitinin istifadəsi yoxlanılıb

28-12-2017, 16:10
Oxunub: 312
Müvafiq qərarlar qəbul edilib


Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirillib. İclasda dövlət büdcəsindən Azərbaycanın Qazaxıstandakı səfirliyi və Aktau şəhərində Baş Konsulluğunun saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair həyata keçirilmiş nəzarət tədbiri üzrə hesabat müzakirə olunub

Report-un Palataya istinadən verdiyi xəbərə görə, dövlət büdcəsindən Azərbaycan Prezidenti yanında Gənclər Fonduna və subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamaların nəticələri də iclasda müzakirə mövzuları olub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti