Azərbaycan Prezidenti üç nəfəri “Dostluq” ordeni ilə təltif edib

28-12-2017, 15:34
Oxunub: 245
Robert Viktoroviç İlatov “Dostluq” ordeni ilə təltif edilib


Prezident İlham Əliyev Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Report xəbər verir ki, sərəncamla Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilib.

Prezidentin sərəncamı ilə Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif olunub.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov “Dostluq” ordeni ilə təltif edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti