Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi tibb müəssisələrində olub

28-12-2017, 14:20
Oxunub: 321
Sonra hərbi qulluqçulara dövlət başçısı adından bayram sovqatları təqdim olunub


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Bu barədə Report-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdırıb.
Sonra hərbi qulluqçulara dövlət başçısı adından bayram sovqatları təqdim olunub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti