Sabit hava şəraiti hələ davam edəcək

28-12-2017, 11:27
Oxunub: 121
Dekabr ayının 29-30-da ölkə ərazisində hava şəraiti sabit keçəcək


Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, dekabr ayının 29-30-da ölkə ərazisində hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək: “Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq".

Direktorun sözlərinə görə, növbəti iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Havanın temperaturu günorta saatlarında 12-17, Bakıda və Abşeron yarımadasında 9-14, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti təşkil edəcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti