DGK külli miqdarda pirotexniki vasitə müsadirə edib

27-12-2017, 16:32
Oxunub: 355
Faktla bağlı araşdırma aparılır


Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21 013" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən APA-Economics-ə verilən məlumata görə, həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində "PCS" yazısı olan 270 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti