“İslamdaxili dialoqa, müzakirələrə ehtiyac var”

27-12-2017, 11:52
Oxunub: 67
"Bu çərçivədə "Mədəniyyətlər və dinlərarası dialoq" adlı bir prosesinin əsası qoyulacaq"


"Bu il "İslam Həmrəyliyi İli" çərçivəsində bir çox mühüm tədbirlər keçirilib. Bu çərçivədə Bakıda keçirilən son beynəlxalq konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurası yaradılması qərara alınıb". 

APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icması tərəfindən təşkil edilən "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
 
M. Qurbanlı deyib ki, Şurada Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dünyanın müxtəlif ölkələrindən din xadimləri təmsil olunacaq: "Bu çərçivədə "Mədəniyyətlər və dinlərarası dialoq" adlı bir prosesinin əsası qoyulacaq. Dindən sui-istifadə edərək, radikal qruplar yaradılaraq müəyyən bölgələrdə faciələrə gətirib çıxaran hadisələr baş verir. Dünyada dialoqa, əməkdaşlığa ehtiyac var. Xüsusən islamdaxili dialoqa, müzakirələrə ehtiyac var".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti