Zakir Həsənov hərbi hissədə şəxsi heyətlə görüşüb

26-12-2017, 16:05
Oxunub: 239
Z. Həsənov qərargahda xidməti və inzibati otaqlara baxış keçirib


Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.

Müdafiə Nazirliyindən Etatist.com-a bildirilib ki, hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra nazir burada yaradılan şəraitlə tanış olub.

Z. Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti