Nazirlər Kabinetinə yeni təkliflər təqdim ediləcək

26-12-2017, 12:02
Oxunub: 221
“Portal yarandığı gündən bu vaxta qədər elektron dərsliklərdən 2 500 000 dəfədən çox istifadə olunub"


“Ali, orta ixtisas və peşə təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin aparılması məqsədilə Təhsil Nazirliyində İşçi Qrup yaradılıb. 2018/2019-cu tədris ilinin qəbul planında bu sahə üzrə daha çox milli kadrın hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək”. 
 
APA-nın xəbərinə görə, bunu təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov “Elektron təhsil” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi tərəfindən 223 elektron dərslik hazırlanaraq e-derslik.edu.az portalında yerləşdirilib: “Portal yarandığı gündən bu vaxta qədər elektron dərsliklərdən 2 500 000 dəfədən çox istifadə olunub. Təkcə 2017-ci ilin göstəricilərinə görə, bu rəqəm 1 milyonu keçib. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı 172 143 nəfərdir”.

C. Bayramov qeyd edib ki, Təhsil Nazirliyinin elektron dərslik portalı - e-derslik.edu.az “Milli Net-2017” milli internet mükafatı müsabiqəsi qalibi olub.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti