Filippində qasırğa zamanı ölənlərin sayı 240-a çatıb

26-12-2017, 09:33
Oxunub: 238
Bundan əvvəl ölənlərin sayının 200 nəfər olduğu bildirilirdi


Filippində "Tembin" qasırğası nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı azı 240 nəfər həyatını itirib.

Report BBC-yə istinadən xəbər verir ki, 100-dən çox insan itkin düşmüş hesab edilir.

Teleşirkətin məlumatına görə, hazırkı vaxta qədər qasırğa təqribən 75 min filippinlini evsiz qoyub. Təbii fəlakət infrastruktur və düyü sahələrinə ciddi ziyan vurub.

Bundan əvvəl ölənlərin sayının 200 nəfər olduğu bildirilirdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti