Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib

25-12-2017, 18:32
Oxunub: 115
Kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib


Nazirlər “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 27 aprel tarixli qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Kollegiyanın üzvləri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavinləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Metrologiya İnstitutu” və “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxslərinin baş direktorları olacaq. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 27 aprel tarixli qərarına əsasən Kollegiyanın sədri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Kollegiyanın üzvləri  Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəisi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiAparatının texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri olub. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2017-ci il 10 fevral tarixli fərmanın icrasını təmin etmək üçün Dövlət Komitəsinin kollegiyası yenidən təşkil edilib. Həmin fərmana əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yenidən təşkil edilib, bir sıra qurumların əsasında publik hüquqi şəxslər yaradılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti