Energetika nazirinə yeni müavin təyin olunub

25-12-2017, 12:01
Oxunub: 989
S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb


Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

Report xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti