Yaralı hərbçimiz vəfat etdi

2-05-2013, 15:11
Oxunub: 897


 

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bir həftə əvvəl yaşadığı evdə baş verən partlayışda yaralanan hərbi qulluqçu dünyasını dəyişib.
 
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 24 yaşlı Seymur Əfəndi oğlu Rüstəmov müalicə olunduğu hərbi hospitalda aldığı çoxsaylı yanıq xəsarətlərindən dünyasını dəyişib.
 
Qeyd edək ki, məlum hadisə aprelin 26-da qeydə alınıb. Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 24 yaşlı Seymur Əfəndi oğlu Rüstəmovun kirayədə qaldığı evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, S.Rüstəmov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti