Vyetnamda qasırğa ilə əlaqədar 650 min nəfər köcürülüb

25-12-2017, 10:15
Oxunub: 312
Son illər “Tembin” qasırğası 200-ə yaxın insanın ölümünə və böyük dağıntılara səbəb olub


Vyetnamım cənub sahillərinə “Tembin” adlı qasırğa yaxınlaşdığından 650 mindən çox sakin köçürülüb.

Report TASS-a istinadən xəbər verir ki, bu haqda Byetnam təbii fəlakətlərin nəticələri ilə mübarizə komitəsi məlumat yayıb.

İnformasiyaya əsasən, “Tembin” dekabrın 26-da gecə saatlarında ölkənin cənub hissəinə Mekonq çayının deltası bölgəsinə çatacağı gözlənilir.

Son illər “Tembin” qasırğası 200-ə yaxın insanın ölümünə və böyük dağıntılara səbəb olub.

“Tembin” bu mövsüm Vyetnamda 16-cı qasırğadır. Cari ilin son 11 ayında ölkədə baş verən fırtına, qasırğa və leysanlar nəticəsində 390 nəfər ölüb və itkin düşüb, 650 nəfərdən çox vyetnamlı xəsarət alıb və yaralanıb. 2017-ci ildə təbii fəlakətlər nəticəsində ölkəyə 2,3 milyard dollardan artıq ziyan dəyib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti