Hindistan səfiri Azərbaycanla əməkdaşlığın prioritet sahələrini açıqlayıb

23-12-2017, 11:55
Oxunub: 79
Bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib


"Azərbaycan və Hindistan arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində güclü əməkdaşlıq münasibətləri yaranıb. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq edirik".

Report xəbər verir ki, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

O, Hindistan və Azərbaycanın beynəlxalq arenalarda bir-birini dəstəklədiyini qeyd edib. Belə ki, Hindistan kamança musiqi aləti və dolma bişirilməsi ənənəsinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ siyahısına daxil edilməsi məsələsində Azərbaycanı dəstəkləyib.

Əməkdaşlığın əsas prioritetləri barədə danışan səfir müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi yolu ilə ölkələr arasında fiziki əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Onun fikrincə, Azərbaycanla Hindistan arasında birbaşa əlaqənin olmaması qarşılıqlı ticarətin inkişafına mane olan amildir.

Hindistan səfiri müştərək müəssisələrin yaradılmasının vacibliyini vurğulayıb, eləcə də mədəniyyət sahəsində əməkdaşlığın inkişafını davam etdirmək niyyətini bildirib.

"Azərbaycan 25 il ərzində sürətlə inkişaf edib. Dostluğumuz, əməkdaşlığımız artmaqdadır, amma potensialımız daha da yüksəkdir", - S.Rana deyib.

Onun sözlərinə görə, gələn il Azərbaycanla Hindistan arasında növbəti XİN-lərarası məsləhətləşmələr, hökumətlərarası komissiyanın iclası və rəsmi səfərlərin təşkil edilməsi planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti