Avtobusların gediş haqqı artacaq?

2-05-2013, 12:10
Oxunub: 1703


Azərbaycanın Nəqliyyat Nazirliyi avtobuslarda geddiş haqının artırılması ilə bağlı məsələyə münasibət bildirib.

 

Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib. Nazir müavini sərnişindaşıma şirkətlərinin nazirliyə müraciət edərək qiymətlərin artırılmasını istədiklərini bildirib: "Onlar bunu hazırki tariflərin xərclərini ödəmədiyi ilə əsaslandırırlar. Xidmətin səviyyəsini daha da artırmaq üçün gediş haqqını artırmaq lazımdır". 


Nazir müavini bunun asan proses olmadığını deyib. "Qiymət artımı haqqında qərarı Tarif Şurası verir. Bu gün mütəxəssislər bu məsələnin üzərində işləyirlər. Bütün məsələlər nizamlanandan sonra, biz müvafiq qərarın qəbulundan danışa bilərik". 

Musa Pənahov əgər qiymət artımı olsa belə bunun cuzi olacağını deyib: "Düşünürəm ki, avtobuslarda gediş haqqı 30 qəpiyə belə çatmayacaq".

anspress

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti