Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə edilib

22-12-2017, 19:18
Oxunub: 307
Gürcüstana səfər edəcəyi barədə razılıq əldə olunub


Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Görüşdə vergi sistemlərinin təkmilləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər vergilər sahəsində qarşılıqlı dəstək və operativ məlumat mübadiləsi barədə də fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin vergilər sahəsində təcrübə mübadiləsi məqsədilə Gürcüstana səfər edəcəyi barədə razılıq əldə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti