"Azərbaycanda sənaye parklarına 2,5 mlrd. dollar investisiya qoyulub"

22-12-2017, 18:36
Oxunub: 125
Ş.Mustafayev ixracda artım qeydə alındığını vurğulayıb


"Azərbaycanda sənaye parklarına bu vaxta qədər 2,5 mlrd. dollar investisiya qoyulub". 

Report xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş ziyafətdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu rəqəm gələcəkdə 3,5 mlrd. dollara çatacaq: "Sənaye parklarında, ümumilikdə, 10 mindən çox iş yeri yaradılıb. Qarşıdakı müddətdə daha 5 min iş yeri açılacaq".

Nazir deyib ki, il ərzində 13 ixrac missiyası təşkil edilib: "Yaxın zamanlarda Ukraynada Azərbaycan Ticarət Evi yaradılacaq. Hazırda Belarusda belə bir ticarət evi var. Latviyada isə ticarət evi qeydiyyatdan keçib".

Ş.Mustafayev ixracda artım qeydə alındığını vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti