Azərbaycan prezidenti Yaponiya imperatorunu təbrik edib

22-12-2017, 18:16
Oxunub: 270
"Dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"


Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitoya təbrik məktubu ünvanlayıb. 

Etatist.com-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti