İndiyədək "Cənub Qaz Dəhlizi"nə 11,5 mlrd. dollar yönəldilib

22-12-2017, 17:22
Oxunub: 153
"Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 99,2%-i yerinə yetirilib"


"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcək.

APA-Economics xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, artıq "Cənub Qaz Dəhlizi" layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilib: "QSC tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsi üzrə (mövcud "Şahdəniz-1" və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11,5 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 8,4 mlrd. dollar hissəsi, yəni təqribən 73%-i icra edilib. Bundan bu ilin əvvəlindən bu günədək 2,3 mlrd. dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5%-i, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 99,2%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 87,4%-i, TAP-ın inşası üzrə isə işlərin 60,8%-i icra edilib".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti