"Bitcoin"in ucuzlaşmasının səbəbi açıqlanıb

22-12-2017, 13:52
Oxunub: 226
"Bitcoin" son 5 gün ərzində 35%-ə yaxın ucuzlaşıb


Qlobal bazarda "Bitcoin"in kəskin ucuzlaşmasının səbəbi investorların mənfəətlərini reallaşdırmaq istəyi ilə bağlıdır. "Bitcoin"in qiyməti 13 000 dollar səviyyəsinə qədər geriləyə bilər.

Report "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə "Brave New Coin" rəqəmsal valyuta xəbər və araşdırma saytının analitiki Coş Olşeviç (Josh Olszewicz) çıxış edib.

Qeyd edək ki, "Bitcoin" son 5 gün ərzində 35%-ə yaxın ucuzlaşaraq bu gün 12 874 dollara qədər geriləyib. 

"Bu, normal korreksiyadır. Cari səviyyədə korreksiyanın bitməsi gözlənilir", - deyə erkspert bildirib.

Xatırladaq ki, hazırda "Bitcoin"in qiyməti 13 500 dollar təşkil edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti