AK Polşaya qarşı sanksiya tətbiq edəcək

20-12-2017, 18:29
Oxunub: 240
Bu sanksiya tədbiri Avropa İttifaqı (Aİ) dövlətinə qarşı ilk dəfə başladılacaq


Avropa Komissiyası (AK) Polşa hökumətinin məhkəmə islahatları nəticəsində demokratik normalardan kənara çıxdığına görə, adıçəkilən ölkəyə qarşı sanksiya tətbiq etməyi qərara alıb.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədrinin birinci müavini Frans Timmermans bildirib.

Onun sözlərinə görə, AK-nın başqa çıxış yolu yoxdur və Komissiya 7 (1) maddəsini işə salmağa qərar verib.

Qeyd edək ki, bu sanksiya tədbiri Avropa İttifaqı (Aİ) dövlətinə qarşı ilk dəfə başladılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti