Azərbaycan səfiri etimadnaməsini təqdim edib

20-12-2017, 15:56
Oxunub: 73
Prezident T.Vaskes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib


İqamətgahı Buenos Ayres şəhərində yerləşən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay prezidenti Tabare Vaskesə təqdim edib.

Bu barədə Report-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Uruqvayın dövlət başçısına çatdırıb.

Prezident T.Vaskes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Prezident T.Vaskes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti