“Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı artırılıb

20-12-2017, 09:57
Oxunub: 573
Hazırda bu, 1 milyard 770 milyon 950 min 768 manat 2 qəpikdir


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

Hazırda “Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1  milyard 770 milyon  950 min  768 manat 2 qəpikdir, onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 14 manat  14 qəpik olan 125 milyon 244 min 43 ədəd adi səhmdən ibarətdir. Dəyişikliyə əsasən Cəmiyyətin Nizamnamə kapitalı artırılaraq 2 milyard 580 milyon 638 min 397 min 20 qəpiyə,  səhmlərinin sayı 182 milyon 506 min 251 ədədə çatdırılıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti