"Sumqayıt" klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib

19-12-2017, 15:37
Oxunub: 175
31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb


"Sumqayıt" futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

Report klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclər şəhəri” təmsilçisi "Keşlə"də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Abdullayev karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti