Milli Preventiv Qrup dövlət uşaq müəssisələrinə baş çəkib

18-12-2017, 21:15
Oxunub: 139
Sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib


İnsan Hüquqları üzrə Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkiblər.

Bu barədə Report-a Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələrdə məqsəd bu müəssisələrdə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaq hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

Başçəkmələr zamanı hər iki müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs, tibb, idman, əmək otaqlarına, yeməkxanaya və mətbəxə, ümumi əraziyə baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılıb və mövcud vəziyyət öyrənilib.

Bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin qənaətbəxş olduğu müəyyən edilib.

Başçəkmələrin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında uşaqlarla, müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti