5 yaşlı uşaq 2 yaşlı bacısını silahla öldürüb

2-05-2013, 09:17
Oxunub: 834


ABŞ-ın Kentukki ştatında 5 yaşlı oğlan uşağı ötən il ona hədiyyə edilən silahla 2 yaşlı bacısına atəş açaraq öldürüb. Ştat rəsmilərinin verdiyi məlumata görə, hadisə zamanı uşaqların anası da evdə olub. 

Silah otaqlardan birinin küncündə olduğuna görə, uşaqlar üçün əlçatan olub. Lakin valideynlər silahın darağında güllə qalması ilə bağlı xəbərdar olmayıblar. 

Qeyd edək ki, hadisə ABŞ-da silah zorakılığı ilə bağlı problemləri yenidən gündəmə gətirib. 

Xatırladaq ki, sonuncu dəfə ötən ilin dekabr ayında Konnektikut ştatında orta məktəbdə baş vermiş silahlı hücum zamanı 20 nəfəri azyaşlı tələbə olmaqla 26 nəfər öldürülmüşdü. Ağ Ev rəhbərliyi prezident Barak Obamanın təşəbbüsü ilə silahlar üzərində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təklif etsə də, ABŞ Konqresi ölkə konstitusiyasının dəyişdirilməsinə səbəb ola biləcək qanunları rədd etmişdi. 

anspress

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti