Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb

18-12-2017, 16:52
Oxunub: 129
Sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artıb


 Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 mln. manat sığorta haqqı toplanılıb.

Report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.

11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,6 manat olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti