Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib

18-12-2017, 11:36
Oxunub: 203
Hadisə yerində təhlükəsizlik qüvvələri gəlib, atışma davam edir


Naməlum şəxslər Kabildə yerləşən Əfqanıstan Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum ediblər.

Report "TOLO News"a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Direktoratlığının binasına yaxınlıqda tikilən binadan atəş açıldığı bildirilir.

Hadisə yerində təhlükəsizlik qüvvələri gəlib, atışma davam edir.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

"Khaama Press" agentliyi isə şəhərdə partlayış olduğunu və ardından atışma səsləri eşidildiyini bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti