Tbilisidə GUAM PA-nın 10-cu sessiyası keçirilir

18-12-2017, 10:57
Oxunub: 168
GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq


Gürcüstanın paytaxtı Tbilisi şəhərində GUAM Parlament Assambleyasının (PA) 10-cu illik sessiyası keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, sessiyada regional təhlükəsizlik, transsərhəd cinayətlərə qarşı birgə səylər, bərpa olunan enerji mənbələrinə keçid mövzularında panel müzakirələr keçiriləcək.

Tədbirdə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze, Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili, Benilüks Parlament Assambleyasının prezidenti Andre Postema, Baltik Assambleyasının rəhbəri Aadu Must, GUAM-ın baş katibi Altay Əfəndiyev və digər rəsmi şəxslər iştirak edir.

Azərbaycanı sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edir. 

GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti