Xızıda partlamamış hərbi sursat aşkar edilib

17-12-2017, 19:24
Oxunub: 94
Mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb


Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Report-a verilən məlumata görə, dekabrın 17-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 113 ədəd partlamamış hərbi sursat (PHS), 220 ədəd partlamış-yanmış mərmi qalıqları və 349 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 97 gün ərzində 22 287 ədəd partlamamış hərbi sursat (PHS), 13 284 ədəd partlamış-yanmış sursat qalıqları və 79 513 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 743 978 kv.m (7 374 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti