Ukrayna əhalisi 9 ayda 150 min nəfər azalıb

17-12-2017, 12:07
Oxunub: 84
BMT reytinqinə əsasən Ukrayna doğum səviyyəsinə görə 172-ci yerdədir


Ukrayna əhalisi bu ilin 9 ayı ərzində 150 min nəfər azalıb.

APA-nın məlumatına görə, bu barədə TSN telekanalı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Əhalinin azalmasında yüksək ölüm səviyyəsi vacib rol oynasa da, doğum səviyyəsinin aşağı olması əsas amil olaraq qalır. BMT reytinqinə əsasən Ukrayna doğum səviyyəsinə görə 172-ci yerdədir.

Ukraynanın şərqində silahlı qarşıdurma, valideynlərin maliyyə durumu və sosial zəmanətlər də əhalinin azalmasına təsir göstərən amillər sırasında qeyd edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti