ŞOK! Azərbaycanda gənc oğlan özünü partlatdı - Yenilənib

1-05-2013, 18:24
Oxunub: 2004


Bu gün Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib.
 
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Z.Hacıyev küçəsində yerləşən mənzillərdən birində güclü partlayış baş verib. Evdə olan bir nəfər həlak olub.
 
Digər məlumata görə, evdə qumbara partlayıb. Evdə olan gənc oğlan əlindəki qumbaranın alışdırıcısını açaraq partlayış törədib və bu yolla intihar edib.
 
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır.
 
***
 
Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə saat 15 radələrində, Z.Hacıbəyov küçəsi, döngə 2, ev 8 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Kamran Xəlil oğlu əlindəki qumbara ilə özünü partladıb. Partlayışın gücündən onun bədəni bir neçə parçaya bölünüb və ətrafa səpələnib.
 
İlkin məlumata görə, hadisə vaxtı K.Məmədov evdə tək olub.
 
Dəhşətli olayın təfərrüatları hələlik məlum deyil.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti