Türkiyədə FETÖ hadisələri ilə bağlı həbs edilənlərin sayı açıqlanıb

17-12-2017, 09:30
Oxunub: 96
Təhlükəsizlik qüvvələri 675 hadisənin qarşısını alıb


Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayını açıqlayıb.

Report "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində 2018-ci ilin büdcəsi ilə bağlı çıxış edən nazir ötən ilin 15 iyulundan 159 min 506 nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib. Onlardan 47 min 523 nəfəri həbs edilib.

Bu il 2 min 140 terrorçunun zərərsizləşdirildiyini bildirən nazir ötən il terror təkilatına 633 nəfərin qoşulduğu halda 2017-ci il həmin rəqəmin 117 olduğunu qeyd edib. Süleyman Soylu vurğulayıb ki, təhlükəsizlik qüvvələri 2500, 3000 metr yüksəkliklərdə antiterror əməliyyatları keçirərək, terrorçuların sığınacaqlarındakı silah-sursatları məhv edib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri 675 hadisənin qarşısını alıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti