Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək

17-12-2017, 04:20
Oxunub: 134
Birinci turda qalib gəlmək üçün seçicilərin 50 faizindən çoxunun səsini toplamaq tələb olunurdu


Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu turda qalib gələcək şəxs 2018-2022-ci illərdə ölkəyə rəhbərlik edəcək.

Seçkilərdə keçmiş prezident Sebastyan Pinera və sol mərkəzçi senator Alexandro Qilyer mübarizə aparacaqlar. Onlar birinci turda 36,64 və 22,70 faiz seçici səsi toplayıblar.

Birinci turda qalib gəlmək üçün seçicilərin 50 faizindən çoxunun səsini toplamaq tələb olunurdu.

Birinci turda seçicilərin az fəallığı ilə qeydə alınıb. Ölkənin Seçki Xidmətinin məlumatına görə, səsvermələrdə 6,7 milyon seçici iştirak edib. Halbuki ölkədə 14,3 milyon vətəndaşın səs vermək hüququ var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti