Şəmkirdə cüdo üzrə beynəlxalq turnir keçirilir

16-12-2017, 20:20
Oxunub: 75
347 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək


Şəmkir Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turniri start götürüb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) Etatist.com-a verilən məlumata görə, yarış ACF, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı, Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti