Rusiya istiqrazlarını geri ala bilər

16-12-2017, 19:31
Oxunub: 50
"Bu, məqsədəuyğun sayılmasa da, mümkün variantdır"


Rusiya Bankı (Mərkəzi Bank) ABŞ sanksiyaları da daxil olmaqla xarici şoklara qarşı müdaxiləyə hazırlaşır. Report "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu Rusiya Bankının rəhbəri Elvira Nabiullina bəyan edib.

E.Nabiullina bildirib ki, "xarici bazarlarda volatillik yarana bilər. Lakin bu, qısamüddətli olacaq. Mərkəzi Bankın əlində hər cür müdaxilə alətləri mövcuddur".

Qeyd edək ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun imzalayıb. Sanskiyaların Rusiyanın borcuna tətbiq edilməsi nəzərdə tutulur. Fevralda ABŞ Konqresi bu addımı müzakirə etmək üçün toplanacaq. E.Nabiullina qeyd edib ki, "əgər belə bir qərar verilərsə, Rusiya Bankı suveren borcunu geri ala bilər. Bu, məqsədəuyğun sayılmasa da, mümkün variantdır".

Xatırladaq ki, hazırda Rusiya daxili dövlət borcunun 33%-i və ya 37 mlrd. dollarlıq hissəsi xarici investorların balansındadır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti