Birinci vitse-prezident Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin mükafatına layiq görülüb

16-12-2017, 17:39
Oxunub: 247
Mehriban Əliyevanı bu ordenlə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

Report xəbər verir ki, Mehriban Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib.

Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Xatırladaq ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti