Polis vətəndaşları həbslə hədələdi

1-05-2013, 16:19
Oxunub: 1539


Bu gün səhər saatlarında Müşviqabad qəsəbəsində, polislə vətəndaşlar arasında qarşıdurma olub.

 

Etatist.com-a daxil olan məlumatına görə, prezident İlham Əliyev ərazidən keçdiyi üçün 4 saata yaxın bağlı qalan yollara görə, insanlar işə və dərsə gedə bilməyiblər. Məlumata görə, 90 MX 064 dövlət nömrə nişanlı BMW markalı avtomobillə əraziyə gələn polis avtobus gözləyən insanlara qarşı zorakılıq tətbiq edərək dağıtmğa cəhd göstərib. Elə bu zaman da vətəndaşlarla polis arasında qarşıdurma yaranıb. Daha sonra əraziyə başqa polis əməkdaşları da gəlib.

 

Elə həmin polis insanlara "dağılışın burdan, yoxsa sizi salaram içəri" deyərək hədə-qorxu gəlib. Bundan sonra ara sakitləşib və polislər prezidentin gəlməyini gözləyiblər.


Saat 13:00-da yollar açılıb.

Qeyd edək ki, bu gün velosiped yürüşlərinə görə Bakı şəhərinin müxtəlif yollarında uzunmüddətli tıxaclar yaranıb.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti