Saakaşvili Poroşenko ilə razılığa gəlməyin zəruri olduğunu bildirib

16-12-2017, 11:22
Oxunub: 140
"Biz hamımız bir istiqaməti tutmalıyıq"


Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bildirib ki, Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlmək lazımdır.

Report xəbər verir ki, onun sözlərini "NewsOne" nəşri sitat gətirib.

"Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib.

O həmçinin qeyd edib ki, Poroşenkonu "düşmənlə əlbir olmaqda" ittiham etmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti