Con Kennedinin qətli ilə bağlı daha 3500 sənəd dərc edilib

16-12-2017, 11:02
Oxunub: 148
2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.


ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 1963 ildə qətli ilə bağlı daha 3500 sənəd dərc edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəllər məxfi olan sənədlər ABŞ Milli Arxivinin saytında dərc olunub.

Sənədlərin əksəriyyətini Mərkəzi Kəşfiyyat İdarəsi təqdim edib. Digər sənədlər Ədliyyə Nazirliyi, Pentaqon və qətllə əlaqədar yaradılmış Nümayəndələr Palatasının xüsusi komissiyasına aiddir.

İyulun 24-dən etibarən ABŞ Milli Arxivi Con Kennedinin qətli ilə bağlı təxminən 34 min sənəd dərc edib. 2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.  

Oktyabrın 28-də ABŞ prezidenti Donald Tramp Con Kennedinin qətli ilə bağlı bütün sənədlərin dərc ediləcəyini bəyan edib. “Bu, bütün sui-qəsd nəzəriyyələrinə son qoymaq məqsədi ilə ediləcək”, deyə Tramp qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti