Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

15-12-2017, 20:16
Oxunub: 60
İlham Əliyev dekabrın 15-də fərman imzalayıb


Azərbaycan Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Report-un verdiyi xəbərə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də fərman imzalayıb.

Dəyişikliyə əsasən, komitənin kollegiyasının tərkibinə həmçinin Komitənin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri də daxil ediləcək. Belə ki, fərmanın 16-cı hissəsinin yeni redeaksiyasında deyilir ki, Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə qurumunun rəhbərindən, Komitənin digər rəhbər işçilərindən, habelə Komitənin yaratdığı publik hüquqi şəxslərin rəhbərlərindən ibarət Komitənin kollegiyası yaradılır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti