Rusiya və Misir arasında aviareyslər bərpa edilir

15-12-2017, 20:13
Oxunub: 274
Tərəflər çarter uçuşların bərpasını müzakirə edəcəklər


Rusiya və Misir arasında uçuşların bərpası məqsədilə sənədlər imzalanıb.

Report-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, söhbət Moskva ilə Qahirə arasında mütəmadi reyslərin bərpasından gedir.

Misirin mülki aviasiya naziri Şərif Fəthinin dediyinə görə, uçuşlara fevralın 1-dən start veriləcək: "Bəyan edirik ki, fevralın 1-dən Moskva ilə Qahirə arasında hava əlaqəsi artıq açıqdır".

Nazir deyib ki, gələn ilin aprelində tərəflər çarter uçuşların bərpasını müzakirə edəcəklər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti