Azərbaycandan Braziliyaya ilk çarter yük reysi həyata keçirilib

15-12-2017, 18:34
Oxunub: 192
36 ton həcmində yük Çindən Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib


Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib.

“Silk Way Airlines” aviaşirkətinin mətbuat xidmətindən APA-Economics-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir “Boeing 747-8F” layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub.

36 ton həcmində yük Çindən Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib.

“Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına “Voeing 747-8F” və “Voeing 747-400F” təyyarələri daxildir.

"Silk Way West Airlines" aviaşirkəti Heydər Əliyev Beynəlxalq HavaLimanından qitələri birləşdirən tranzit hab kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti